Zəhranın beşikdə bitən həyatı

Əgər bu gün bizi ağladan qətliamlar, ölümlər, qanlar-qadalar, günahsız insanları, uşaqları qətlə yetirən qatillər bağışlanılırsa, insan fəlakətlərinə ikili mövqedən qiymət verilirsə, haqlının səsi eşidilmirsə, ədalətsizliklər yeni-yeni faciələrə yollar açırsa,  o zaman siyasətçilərin səmimiyyətinə şübhə etmək haqqımız var.  Çünki bu gün axan göz yaşlarını kəsmək, gələcəkdə baş verə biləcək daha geniş miqyaslı faciələrin, qətllərin qarşısını almaq üçün ilk növbədə dünyada haqqı, ədaləti bərqərar etmək, ali bir varlıq kimi insanın hüququnu qorumaq, azadlığını, qorxusuz yaşamasını təmin etmək lazımdır. Əksinə dünyada nə qədər ədalətsizliyə, haqqın, hüququn pozulmasına göz yumulacaqsa, haqsız haqlını ayaqlara salacaqsa, yalanlar, böhtanlar həqiqət donunda meydana çıxarılacaqsa, o qədər də faciələrimiz, bəlalarımız, qətliamlarımız çoxalacaq, balalarımız qəfil güllələrə tuş gələcək, evimiz-eşiyimiz talanacaq, od-ocağımız viran qalacaq. Hər bir kəsin balası özü üçün şirindir, çox əzizdir. Dünyadan vaxtsız gedən hər bir körpənin taleyi bizi yandırmalı, düşündürməlidir. Bəşəri dəyərlərə önəm verən və insanlığı uca tutan hər bir insanı, dövlət rəhbərini də hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər bir xalqın, varlığın taleyi düşündürməlidir. Bu bir savaşdır. Ölən də olacaq, öldürən də, əlbət! Zəhra kimi yüzlərlə körpənin qisası alınmayana qədər biz qeyrətsiz damğası ilə bir ömür boyu yaşayacağıq. Başınız sağ olmasın! Çünki vətəninə və şərəfinə sahib çıxmayan baş sağ olmamalıdır.

Advertisements

Tehsilde korrupsiya

Demokratik dövletlerde tehsil cemiyyetin formalaşmasında ve inkişafında esas yeri tutur. Hakimiyyət bunun üçün büdceden kifayet qeder vesait ayırır ve icrasina nezaret edir. Nezaret edir dedikde men tehsil nazirliyini nezerde tuturam. Korrupsiya ile mübarizede en sonuncu yerde olan bizim dövletde ise bütün bunlar sadece olaraq formal xarakter daşıyır. Büdceden kütlevi yeyinti ve bu saheye nezaret etmeli olan vezife adamlarının vəzifəsindən sui-istifadə etməsi son neticede tehsilimizin uçuruma yuvarlanmasina sebeb olub. Əsas başlanğıc olan orta məktəbdən başlayan korrupsiya  universitetde de  davam edir. Elbette ki, buna revac veren tekce memurlar deyil, övladına rüşvet hesabına “tehsil veren” valideynlərdir. Bes sizce kimdir mü374061_359232127456004_331747880204429_973387_1qessir memurlarmi ve ya huququnu teleb ede bilmeyen savadsiz vetendaslar?